Paşinyan Baş Qərargah rəisini də işdən çıxartdırdı

Ermənistan baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Movses Akopyanın vəzifəsindən azad edilməsi ilə bağlı prezident Armen Sarkisyana müraciət edib.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu N. Paşinyan Nazirlər Kabinetinin iclasında bəyan edib.

 

O bildirib ki, M. Akopyan bu gün vəzifəsindən azad olunacaq, onun yerini tutacaq şəxsin adı isə günün sonunadək məlum olacaq.

N. Paşinyanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi komandanlığa sabah təqdim olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR