Angela Merkel: "Alman şirkətləri İranI tərk edəcək"

Angela Merkelin Çinə rəsmi səfəri başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Almaniya kansleri Çin Xalq Respublikasının baş naziri Lİ Keqianq ilə görüşüb.
 

Görüşdən sonra mətbuat konfransı keçirən kansler İranla bağlanan nüvə razılaşmasına toxunub: "Bir çox Avropa şirkəti ABŞ-ın tətbiq edəcəyi sanksiyalara görə İrandan getməli olacaq. Buna baxmayaraq Çin və Almaniya bu razılaşmaya sadiq qalacaqlar. Saziş əlbəttə ki, ideal deyil, amma digər variantlar qeyri-stabildir."

 

Qeyd edək ki, Çinə 2 günlük səfəri çərçivəsində Angela Merkel ÇXR prezidenti Si Tzinpin ilə görüşəcək. Liderlər Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR