İran və Türkiyədə ard-arda zəlzələlər oldu

İranın qərb bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib.

 

APA TV-nin Avropa Aralıq dənizi Seysmoloji Xidmətinə istinadən məlumatına görə, yeraltı təkanların episentri Şuş şəhərindən 17 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

 

İkinci təkan isə Şuştər şəhərindən 22 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ 3,9 bal gücündə hiss olunub.

 

Türkiyənin şərq bölgəsində də 4,2 bal gücündə zəlzələ baş verib.

 

Yeraltı təkanların episentri Hizan qəsəbəsindən 3 km qərbdə, ocağı 9 km dərinlikdə yerləşib.


Hər iki ölkədə dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR