Xameneyi Avropadan ABŞ-a qarşı qətnamə tələb etdi: "Yoxsa..."
İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkəsinin "altılıq" dövlətləri arasında imzalanan nüvə anlaşmasında qalması şərtlərini açıqlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə o, "Twitter" səhifəsində yazıb: "ABŞ dəfələrlə birgə fəaliyyət planını pozub. İranın anlaşmaya sadiq qalması üçün İngiltərə, Fransa və Almaniya 2004-2005-ci ildəki nüvə danışıqlarında nümayiş etdirdiyi mövqeni təkrarlamamalıdır".
Ə.Xameneyi bildirib ki, Avropa nüvə məsələsində irəliləyişə nail olmaq üçün ABŞ-ın pozuculuq fəaliyyətini pisləyən qətnamə qəbul etməli, İran istehsalı olan raketlərlə bağlı məsələni qabartmamalı və regional məsələlərə müdaxilədən çəkinməli, habelə Avropa Bankları İranla biznes əməliyyatlarının keçiriləcəyinə təminat verməlidir.
Dini lider eyni zamanda Avropanın İran neftini alacağına dair rəsmi təminat verməli olduğunu da sözlərinə əlavə edib.
Ayətullah şərtlər yerinə yetirilməyəcəyi halda ölkəsinin nüvə aktivliyini bərpa edəcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq