ABŞ-ın ehtiyatları kəskin artdı, neft 40 sent ucuzlaşdı

Birləşmiş Ştatların neft və benzin ehtiyatlarının kəskin artması qiymətləri ucuzlaşdırıb.


APA TV-nin məlumatına görə, Energetika Nazirliyinin rəsmi hesabatına görə, ötən həftə ölkənin kommersiya neft ehtiyatları 5,78 milyon barel, benzin ehtiyatları isə 1,88 milyon barel artıb.

 

Həftənin əvvəlində sorğuya cəlb olunan analitiklər neft ehtiyatlarının 1,7 milyon barel, benzin ehtiyatlarının isə 620 min barel artacağını proqnozlaşdırırdı. Lakin artım proqnozdan çox olub, nəticədə 79,81 dollara satılan "Brent" neftinin qiyməti ucuzlaşaraq 79,43 dollar təşkil edib.

 

Qərbi Texas neftinin qiyməti də 72 dollardan aşağı düşüb. Axşam seanslarında 72,06 dollara satılan WTİ nefti hazırda 71,56 dollardan təklif olunur.

 

Sabah ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair növbəti hesabat açıqlanacaq. Siyasi amillərlə yanaşı, bu hesabat da həftə sonu neftin qiymətinə təsir göstərən əsas amillərdən biri olacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR