Şəkidə qadını ilan sancıb

Şəkidə 53 yaşlı qadını ilan sancıb. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qoxmuq kəndində olub.

Kənd sakini, 1965-ci il təvəllüdlü Salamova Şəhla Qurbanəli qızı ilan sancması xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) gətirilib. Xəstəxanadan bildirilib ki, Ş.Salamovanı yaşadığı kəndin ərazisində ilan sağ ayağın topuq nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadının müayinə və müalicəsi davam edir, vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR