ABŞ-ın Çindəki diplomatına qarşı "akustik hücum" - POMPEO NARAHATDIR

Çində bir ABŞ diplomatı xəsarət alıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada deyilir.

Açıqlamada qeyd olunur ki, Quançjou şəhərində çalışan amerikalı diplomat "səslərə anomal həssaslıq və təzyiq"dən şikayətlənib. ABŞ rəsmiləri göstərilən simptomların səbəblərini izah edə bilməsələr də, hadisəyə ciddi yanaşdıqlarını deyib. Artıq Çinə bununla bağlı xüsusi tibb mütəxəssisləri göndərilib.

ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, Quançjouda şikayəti daxil olan diplomatda da 2017-ci ildə Kubada xəsarət almış Amerika vətəndaşları ilə eyni xəstəlik aşkarlanıb:

"Həm Havanada, həm də Çində nə olduğunu öyrənməyə çalışırıq. Çin rəsmilərindən bu mövzuda bizə köməklik göstərmələrini xahiş etmişik və onlar da Vyana Konvensiyasının tələblərinə riayət edəcəklərinə dair söz verib. Söhbət ABŞ-ın xarici xidmət əməkdaşlarının təhlükəsizliyindən gedir".

Qey edək ki, ABŞ administrasiyası 2016-cı ilin noyabrından 2017-ci ilin avqust ayına qədər olan müddətdə Kubada yaşayan diplomatların özləri və onların ailə üzvləri də olmaqla ümumilikdə 24 nəfərdə ürəkbulanma, baş gicəllənməsi və qulaq eşitməzliyi kimi pozuntuların aşkarlanması barədə məlumat yaymışdı. Ancaq sonradan aparılan araşdırmalar zamanı hər hansı bir hücumun olduğuna dair şübhə doğuracaq dəlil aşkarlanmamışdı.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR