Dərziyə gedirəm deyib, evdən qaçdı - İKİ UŞAQ ANASIDIR

Oğuzda iki övlad anası naməlum səbəbdən evi tərk edib. APA TV-nin məlumatına görə, Oğuz şəhəri, S.Vurğun kücəsi ev 14-də yaşayan, iki övlad anası olan 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxaraq bir daha geri dönməyib.

G.Abışovanın əri Seymur Abışov APA TV-yə verdiyi müsahibəsində bildirib ki, həyat yoldaşı evdən çıxanda yaxınlıqdakı dərziyə getdiyini deyib.

Rayonun Qumlaq kəndində anadan olan G.Abışova 12 il əvvəl S.Abışovla ailə həyatı qurub. Onların bu izdivacdan 6 və 11 yaşlarında iki oğlan övladı var.

G.Abışovanın anası Məlahət Xəlilovanın sözlərinə görə, son günlər özünü bikef aparan qızı bilinməyən səbəbdən qəfildən evdən getmək qərarına gəlib.

Qadının itkin düşməsi ilə bağlı polisə də məlumat verilib və hazırda rayon polisi onun axtarışı ilə məşğuldur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR