Tramp: "Kim Çen Inın təhlükəsizliyinə zəmanət verirəm"
"Nələr olacağını görəcəyik. Ola bilər biz həmin tarixdə görüşməyək. Bu, daha sonra da baş verə bilər".
APA TV-nin Türkiyə mətbuatına istindən məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla planlaşdırılan görüşünü şərh edərkən deyib.
Bununla əlaqədar bir çox müzakirələrin aparıldığını, görüşün keçiriləcəyi tarixi yaxın zamanlarda açıqlayacağını diqqətə çatdıran D.Tramp ətraflı danışmaq istəməyib.
Lakin əlavə edib ki, əgər razılaşma əldə olunsa, bundan həm Cənubi Koreya rəhbərliyi, həm də Kim Çen In razı qalacaq.
Donald Tramp görüş baş tutacağı təqdirdə Kim Çen Inın təhlükəsizliyinə zəmanət verdiyini vurğulayıb.
Pentaqon isə görüş ərəfəsində ölkənin hərbi donanmasını Sinqapur sahillərinə göndərmək qərarı verib.
Xatırladaq ki, Donald Tramp Ağ Evdə Cənubi Koreya lideri Mun Çje İni qəbul edib və onunla bir sıra məsələləri müzakirə edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq