Neftin qiyməti 80 dolları keçdi və... yenidən ucuzlaşdı
Birləşmiş Ştatların kommersiya neft ehtiyatlarının 1,3 milyon barel azalması ehtimalı neftin qiymətinin bahalaşmasını ləngidib. APA TV-nin məlumatına görə, ekspertlər ehtiyatların 1,56 milyon barel azalacağını proqnozlaşdırır, Amerika Neft İnstitutu isə fərqli iddiadadır.
Ekspert ehtimallarının özünü doğrultmaması qiymətlərin cüzi də olsa, ucuzlaşmasına səbəb olub. Bundan başqa Birləşmiş Ştatlarda benzin ehtiyatlarının artması da qiymətlərə mənfi təsir göstərən amillərdəndir. Analitiklər benzin ehtiyatlarının 1,388 milyon barel azalacağını proqnozlaşdırsa da, Amerika Neft İnstitutu həftə ərzində ehtiyatların 980 min barel artdığını düşünür.
Birjalarda Venesuela və İrandan neft daşımalarının həcminin azalması ehtimalının qiymətlərə təsirinin zəif olacağı əhval-ruhiyyəsi hökm sürür. Treyderlər hesab edir ki, bazarda tələbatın artması digər ölkələrdə neft hasilatının artırılması hesabına kompensasiya ediləcək. Amerikalı ekspertlər həmçinin İrana qarşı neft embarqosunun təsirinin bundan əvvəlki sanksiyalar dövrü ilə müqayisədə az olacağı qənaətindədir.
Dünən axşam seanslarında "Brent" markalı neftin qiyməti 80 dolları keçsə də, səhər qiymətlər 79,07 dollar həddinə enib. Qərbi Texas nefti isə 72 dollara satılır.
Bu gün ABŞ Energetika Nazirliyinin ölkənin neft ehtiyatlarının həcminə dair rəsmi hesabatı açıqlanacaq. Bu hesabat bu gün və sabah qiymətlərin formalaşmasında həlledici rol oynayacaq.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq