Gəncədə gözətçilər mağazanı yardı - UZAĞA GEDƏ BİLMƏDİLƏR

Gəncədə mağazadan oğurluq edilib.


APA TV-nin Qərb bürosunun məlumatına görə, şəhər sakini gecə saatlarında ərazidə xidmət aparan polis əməkdaşına yaxınlaşaraq, ona məxsus mağazadan ümumi dəyəri 1000 manat təşkil edən 12 cüt ayaqqabı, 6 ədəd şalvar və 3 ədəd köynəyin oğurlandığını bildirib.
 

Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri - Elvin Bağırov, Tural Valeh oğlu Əliyev, əvvəllər məhkum olunmuşlar - Elçin Xeyirxəbərov və Tural Fəhrad oğlu Əliyev maddi sübutlarla birlikdə yaxalanaraq idarəyə gətirilib.
 

Dindirilmə zamanı onlar əməllərini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxslər mağazanın yerləşdiyi ticarət mərkəzində gözətçi işləyiblər.
 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR