Prezident Bakıda yeni zavodun açılışında iştirak edib
Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu"nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib.
"ATEF Şirkətlər Qrupu"nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verib.
Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib.
Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə salıb.
Dövlət başçısı istehsal prosesi ilə tanış olub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq