İraqda türk əsgərlərinə hücum - 2 ƏSGƏR ŞƏHİD OLUB

İraqın şimalında əməliyyat zamanı türk əsgərlərinə qarşı hücum olub. Terrorçuların hücumu nəticəsində 2 türk əsgəri həlak olub, daha 2-si yaralanıb.

 APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Hücumun qarşısı sonradan alınıb və bir neçə terrorçu məhv edilib. Açıqlamada terrorçularla mübarizənin davam edəcəyi vurğulanıb. Digər təfərrüatlar hələ ki açıqlanmır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR