Bakıda kafedə partlayış: 2 ölü, 2 yaralı - HADİSƏ YERİNDƏN
Paytaxtdakı kafelərdən birində partlayış olub.
Hadisə Əhməd Rəcəbli küçəsi, 304 ünvanında qeydə alınıb. İlkin məlumata görə, bu ərazidə yerləşən kafedə partlayış baş verib. Bildirilir ki, hadisə nəticəsində ölən və xəsarət alan var.
Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım avtomobilləri, habelə polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.
Mətbuat nümayəndələrinə əraziyə daxil olmağa icazə verilməyib.
Əraziyə baxış zamanı şəxsiyyəti məlum olmayan, yanmış qadın və kişi meyiti aşkarlanıb. Bundan əlavə, yanıq xəsarətləri alan iki nəfər - 44 yaşlı İbrahimov Natiq Zahid oğlu və 53 yaşlı İbrahimova Şəkər Xosrov qızı Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.
Fövqəladə Hallar Nazirliyi də baş vermiş hadisə barədə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Binəqədi rayonunda ümumi sahəsi 25 kvadratmetr olan və çayxana kimi fəaliyyət göstərən tikilinin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq