Yasamal qəbiristanlığının "goreşənləri" həbs olundu
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat nəticəsində Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzar daşlarının üzərində olan bürünc və latundan hazırlanan barelyefləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşları qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayevi saxlayıblar. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satıblar.
Saxlanılan şəxslərdən məzarların hissələrinin bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi, əməliyyat və istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA