Azərbaycan Ordusunun şəhid əsgəri Ağstafada dəfn olundu
Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov Ağstafa rayonunda dəfn olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid əsgərin Qıraq Kəsəmən kənində olan evində vida mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin təmsilçiləri çıxış ediblər. Adil Tatarovun nümunəvi əsgər olduğu, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb.
Şəhid əsgər Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
14:47
233
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
2729
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
2712
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2780
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1248
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1201