"Övladıma kömək edin" - ANA FƏRYADI

“Murad doğulan gündən həkimlər yaşamasına ümid vermədilər. Demişdilər ki, uşaq hər an həyatını itirə bilər. Muradın həyatda qalması möcüzədir”

 

"Allah heç bir ananı övladı ilə sınağa çəkməsin". Bu duanı tez-tez eşidirik. Bəzən tanrı bu duaları eşidib övladları analara bağışlayır. Elə qəhrəmanım Elza Paşayeva kimi.

 

APA TV-nin məlumatına görə, o, ana olmaq sevincini çox gec – 49 yaşında yaşayıb. Hələ övladını bətnində daşıyarkən həkimlər “övladın ürək qüsurlu olacaq” deyiblər. Lakin Elza xanım gec yaşda qucağına alacağı möcüzədən vaz keçməyib. Lakin o gündən bəri növbəti möcüzənin baş verməsini gözləyir. Elza Paşayeva Murad hələ iki aylıq ikən Yunanıstan, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə övladının dərdinə çarə axtarıb. Mütəxəssislər üç əməliyyata ehtiyac olduğunu deyiblər. İlk əməliyyat Yunanıstanda olub:

 

“Həqiqətən həyatda möcüzələrə inanmalıyıq. Həkimlər dedilər ki, uşağın əməliyyatdan sağ çıxma ehtimalı 1 faizdir. Razılaşdım. Həyatda qalması mənim üçün möcüzə oldu. Almaniyada da dedilər ki, hər şeyə hazır ol. Dedim mən onsuz da illərdir hər şeyə hazıram. Axırıncı şansımdır. Uşağımı verməliyəm...”

 

“Bunu Almaniyada da söylədilər. Ürək normal quruluşda deyil, amma fəaliyyət göstərir. Damarların istiqaməti başqadır. Almaniyada belə uşağa diaqnoz qoymağa çətinlik çəkdilər. Hətta əməliyyatı ürəklə tanış olmaq üçün etdilər. Hətta digər ölkələrdə də dedilər ki, “biz belə ürək görməmişik”.

 

APA TV ailənin problemini işıqlandırdıqdan sonra yardımsevər insanların köməyi ilə ikinci əməliyyat üçün lazım olan məbləğ toplanıb. Bu əməliyyatdan sonra Murad təngnəfəslik problemindən xilas olub. Addım atmaqda çətinlik çəkən Murad sərbəst yeriməyə başlayıb:

 

“Muradın Almaniyadakı müalicəsinə lazım olan məbləğin çox hissəsini “Qayğı Yeni Sağlam Nəsil Naminə” İctimai Birliyi verib. Onlara dərin təşəkkürümü bildirirəm. Birinci dəfə əməliyyat xərclərinin çox hissəsini, ikinci dəfə isə hamısını ödədilər”.

 

Yanvar ayında aparılan müayinələr nəticəsində isə 4 yaşlı Muradın həlledici əməliyyata hazır olduğu deyilib. Lakin ailənin maddi durumu lazım olan məbləği ödəməyə imkan vermir:

 

“Bu əməliyyat üçün bizə 43 min 200 avro lazımdır. Ailə büdcəmiz buna imkan vermir. Azərbaycan xalqından xahişim odur ki, övladımın əməliyyat olması üçün bizə köməklik göstərsinlər”

 

Muradın əməliyyatı üçün bank hesabları açılıb. Gəlin, 4 yaşlı Murad üçün köməyimizi əsirgəməyək!

 

DÖRD YAŞLI MURADIN ƏMƏLİYYATA EHTİYACI VAR

 

AG Bank

Milli Ön 336749

Təvəllüd: 15.12.1965

 

Azərbaycan Beynəlxalq Bankı

Kod:805711

M/H:AZ03NABZ01350100000000002944

SWİFT:IBAZAZ2X

VÖEN:9900001881

Ünvan:S.Rəhimov k,138

 

Müştəri: Pashayeva Elza Ibrahim qızı

 

Hesab nömrəsi:

AZ66İBAZ33801019442016939205

 

Kapital Bank

Valyuta: AZN

Benefisiarın Bankı: Kapital Bank ASC Şuşa filialı

KOD: 200167

VÖEN: 9900003611

Swift kod: AIIBAZ2X

Hesab: AZ37NABZO01350100000000001944

Benifisiarın adı: Pashayeva Elza İbrahim

Benifisiarın hesabı: AZ61AIIB41010019440042742116

 

Kapital Bank

 

Valyuta: EUR

Benifisiarın Bankı: Kapital Bank ASC Binəqədi filialı

Kod: 200156

9900003611

AIIBAZ2X

Paşayeva Elza İbrahim qızı

Hesab: AZ89AIIB41020019780042742115

Raiffeisen Bank İnternational AG, Vienna Austria

Kod: RZBAATWW

Hesab: 001-55.075.527

 

 

APA TV: 488 35 42/43

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR