İsmayıllıda yük maşını yandı - 6 TON OT KÜLƏ DÖNDÜ

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.


APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Talıstan kəndində qeydə alınıb.

Laçın rayonundan olan məcburi köçkün Akif Məmmədov özünə məxsus 41-BC-523 dövlət nömrə nişanlı "Mercedes Adecco" markalı yük maşını ilə çəkisi 6 ton olan 200 ədəd ot bağlaması apararkən maşın qəflətən alışıb.

Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunsa da, maşın tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.  Yanğın zamanı avtomobildən çətinliklə çıxan sürücü Akif Məmmədov ərazidən keçən yüksək gərginlikli elektrik naqilinin aşağı düşdüyünü və nəticədə naqilin maşının yük yerinə toxunduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR