İraq türkmənləri ayağa qalxdı - SƏSLƏR KÜRDLƏRİN XEYRİNƏ HESABLANIB
Türkmənlər İraq Seçki Komissarlığının əleyhinə imza kampaniyası başladıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İraq türkmənləri seçkilərdə saxtakarlıq olduğunu bildirərək bir neçə gündür etiraz aksiyalarına başlayıb.
İraq Türkmən Cəbhəsinin Gənclik Təşkilatının üzvü Əli Tazehurmatulu saxtakarlıqlardan BMT-yə şikayət etmək üçün imza kampaniyasına start verdiklərini bəyan edib: "Kampaniyaya iki gün ərzində minlərlə vətəndaş qatılıb, 160 mindən çox imza toplanıb. Məqsədimiz bu sayı 200 minə çatdırmaqdır. Əsas hədəf isə seçki saxtakarlığını bütün dünyaya göstərməkdir".
İraqın Kərkük şəhərindəki türkmənlər 12 mayda keçirilən seçkilərdən sonra çoxluqda yaşadıqları bölgələrdə səslərinin kürd partiyalarının xeyrinə hesablandığına görə etirazlara ara vermir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA