Kubada sərnişin təyyarəsi yerə çırpıldı - AZI 108 ÖLÜ
Kubada “Cubana de Aviacion” aviaşirkətinin Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə çırpılıb.
Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 103 sərnişin və 5 ekipaj üzvü ölüb. Sağ qalanlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ölən sərnişinlərin hamısının Kuba, ekipaj üzvlərinin isə Meksika vətəndaşları olduğu dəqiqləşdirilib. Sərnişinlər arasında əcnəbilərin və 5 uşağın olduğu da bildirilir. Yerli KİV-in yazdığına görə, təyyarənin göyərtəsində ümumilikdə ekipaj üzvləri də daxil olmaqla 113 nəfər olub.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzaya uğrayan təyyarənin qara qutuları isə hələ ki tapılmayıb. Ölənlərin sayı barədə də hələlik rəsmi açıqlama verilməyib.
Kubanın nəqliyyat nazirliyində təyyarənin qəzaya uğraması səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb. Bildirilir ki, Havana yaxınlığında qəzaya uğrayan təyyarə naməlum səbəbdən hava limanına qayıtmaq üçün geri dönərkən elektrik naqillərinə dəyib. Daha sonra yerə düşən layner alışıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA