"Gilan Holding" beynəlxalq sərgidə yeni məhsullarını təqdim edib

“Gilan Holding” 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (WorldFood Azerbaijan) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (CaspianAgro) iştirak edir.

 

APA TV-nin xəbərinə görə, mayın 16-dan 18-dək davam edəcək sərgilərdə “Gilan Holding”in gündəlik tələbat məhsulları və Kənd təsərrüfatı portfelləri həm daxili stend, həm də açıq havada olan pavilyonla təmsil olunur.

 

“WorldFood Azerbaijan” sərgisində “Gilan Holding”in istehsal etdiyi “Jalə” şirələri, “Bağdan” kompotları, mürəbbələri, konservləşdirilmiş məhsulları, “Mia” limonadları, “ImTea” soyuq çayı, “Chipsim Impuls” kartof çipsləri və digər məhsullar nümayiş etdirilir. 

"Gilan Holding"in gündəlik məhsulları portfelinin PR üzrə meneceri Tamilla Abdullayeva deyir ki, hər il burada iştirak etməklə "Gilan Holding" çoxsaylı məhsullarını təqdim edir: "Hər il biz burada iştirak etməklə çoxsaylı partnyorlarımızı və yerli bazarda da məhsullarımızı təqdim edirik. Artıq biz neçə illərdir "Jalə", "Bağdan", xalqımız tərəfdən çox tanınan, sevilən və 30-dan artıq məhsuxlu dünya ölkələrinə ixrac edirik. Bu markalarla sərgidə təqdim olunmuşuq. Bu il başqa illərdən fərqli olaraq, bizim yeniliklərimiz də var. Həm partnyorlar, həm də yerli alıcılar üçün. Bu, bizim bir neçə il əvvəl yaranmış  "Chipsim"markasıdır. Bu il "Chipsim" markasının yeniliyi odur ki, Azərbaycanda ilk dəfə dalğalı "Chipsim İmpuls" qolunu biz burada təqdim edirik. İlk dəfə bazarımızda "sweet chili" dadlı çipslər təqdim edirik. Əvvəllər bu, yalnız xaricdə istehsal olunan cipslərdə   təqdim olunurdu və Azərbaycan bazarında heç yox idi. Bizim klassik çipslərimiz  arasında ən sevilən dadlar da burada təqdim olunub".

 

"CaspianAgro" sərgisində “Gilan Holding”in istehsalı olan meyvə-tərəvəz, fındıq, çay, xam pambıq və pambıq məhsulları, canlı böyük baş heyvanlar, ət, süd, mal və quş yemi və digər kənd təsərrüfatı məhsulları sərgilənir.

 

"Gilan Holding"in kənd təsərrüfatı portfelinin satış üzrə rəhbəri Rəşid Əliyev deyir ki, prioritet sahələrdən biri də kənd təsərrüfatıdır: "Hazırda kənd təsərrüfatı portfeli respublikamızda pambıqçılıq, meyvəçilik, tərəvəz və əkinçilik sahələri üzrə geniş yayılıb. Bu gün biz sərgidə bir çox məhsullarla təmsil olunuruq. İlk öncə biz "Şah" çay brendi ilə natural çayı ilə təqdim olunmuşuq. Fındıq, meyvə təqdim etmişik. Tərəvəzlər, pomidor, kartof, yem fabriki məhsulları, təmiz orqanik yem məhsulları ilə təmsil olunuruq. Pambıq məhsulları ilə mahlıc, çiyid, jımıx kimi məhsullarla təmsil olunmuşuq. Eyni zamanda bayırda olan stendimizdə heyvandarlıq, kompleksimizdə heyvanlarla təmsil olunmuşuq. İnək, quzu, digər heyvanlarla təmsil olunmuşuq. Bu məhsulların hər biri öz istehsallarımızdır və bunu daha da genişləndirməyi planlaşdırırıq".

 

“Gilan Holding” bu sərgilərdə mövcud və potensial müştərilərlə görüşməyi, onlara öz geniş çeşidli məhsulları haqqında ətraflı məlumat verməyi və yeni biznes əlaqələri qurmağı planlaşdırır.

 

Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri sərginin çox gözəl təşkil olunduğunu bildirib: "Birinci növbədə biz şirkətlərin məhsulları bizi daha çox cəlb edir. Çox sevindiricidir ki, yerli məhsulların dizaynı da çox gözəldir. Çayın səthi görünüşünü də yaxşı ediblər, içindəki dənələri də yaxşıdır".

 

“Gilan Holding”ə daxil olan “Gilan Pivot” MMC və “Aqrokimya Azərbaycan” MMC-nin “Doctor Agro” ticarət nişanı da 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (CaspianAgro) iştirak edirlər.

 

“Gilan Pivot” və “Doctor Agro”nun stendlərində ziyarətçilər Azərbaycanda istehsal olunan pestisidlərin müxtəlif növləri və müasir pivot suvarma sistemləri ilə tanış olub, onlar haqqında ətraflı məlumat alırlar.

 

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Aqrokimya Azərbaycan” MMC Az­ərbaycanın ilk və­ yeganə pestisid istehsalçısıdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan zavodun fəaliyyətində əsas məqsəd aqrar sektorun bitki mühafizəsi vasitələrinə olan tələbatını yüksək səviyyədə təmin etməklə idxalın əvəzlənməsinə, eləcə də gələcəkdə ixrac imkanlarına nail olmaqdır.

 

“Aqrokimya Azərbaycan” MMC-nin baş direktoru Mehman Mehdiyev deyir ki, "Gilan Pivot" MMC suvarma sistemlərinin istehsalı ilə məşğuldur. Aqro Kimya isə bitki dərmanlarının istehsalı ilə məşğul olan bir müəssisədir. Zavodda 145 çeşiddə ən yüksək tələblərə cavab verən dərman bitkiləri istehsal olunur. Artıq biz bu pestisidləri Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən fermerlərə  çatdırırıq. Bu gün artıq 300 tona yaxın, "Made in Azerbaijan" brendi adı altında pestisidlər istehsal olunub, istifadəçilərə çatdırılıb. "DoktorAqro" "AqroKimya" MMC-nin istehsal etdiyi məhsulların brendidir. Müəssisimizin brend adıdır".

 

"CaspianAgro" sərgisində iştirak “Gilan Pivot” və “DoctorAgro” üçün potensial müştərilərlə görüşmək, onlara öz məhsulları haqqında ətraflı məlumat vermək və yeni biznes əlaqələri qurmaq imkanlarını yaradır.

 

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR