Rusiya və İran qarşılıqlı ticarətdə kriptovalyutaya keçə bilər - PLAN HAZIRLANIR
ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İran vətəndaşları son aylarda kriptovalyuta alışına 2,5 milyard dollar xərcləyib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə açıqlama İran hökumətindən verilib. Əsas səbəb kimi isə daha çox milli valyuta olan rialın dəyər itirməsi göstərilir.
Belə ki, məhdudiyyətlərdən sonra İranda 1 dollar hazırda 85 min riala satılır. Aprel ayında isə bu rəqəm 57 min 500 rial olub. Hazırda kriptovalyutalar ölkədən kapital axınının əsas mənbəyinə çevrilib.
Bu arada İran parlamenti İqtisadiyyat Komitəsinin sədri Məhəmməd Reza Porebrahimi hökumətin Rusiya da daxil olmaqla, digər ölkələrlə ticarətdə dolların təsirindən çıxmaq üçün kriptovalyutadan istifadə imkanlarını nəzərdən keçirdiyini açıqlayıb.
Komitə sədri bildirib ki, hazırda bu məsələnin texniki tərəfləri həll olunur.
Əgər bu plan reallaşarsa Rusiya və İran qarşılıqlı ödəmələrdə kriptovalyutadan istifadə edən ilk dövlətlər olacaq.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA