Ərdoğan islam dünyası liderlərini İstanbula toplayacaq - ABŞ VƏ İSRAİLƏ QARŞI BLOK
"Tarix ABŞ və İsraili bağışlamayacaq və dünya bunun şahidi olacaq".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə prezident Rəcəb Tayyip Ərdoğan Qəzzada onlarla fələstinlinin ölümü ilə nəticələnən toqquşmaları şərh edərkən bildirib: "Tarix ABŞ və İsraili bağışlamayacaq, biz bunun şahidi olacağıq. BMT qətnamələri beynəlxalq sazişlərlə təmin olunmuş Qüdsün statusunun dəyişməsinə yönələn istənilən addımları qadağa edir".
Onun sözlərinə görə, Fələstindəki vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda Türkiyənin təşəbbüsü ilə keçiriləcək fövqəladə sammiti bütün dünya üçün çox ciddi siqnal olacaq.
Türkiyə prezidenti Fələstində zorakılığa son qoymaq üçün beynəlxalq ictimaiyyəti və BMT-ni təcili tədbirlər görməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA