İsrail Türkiyə konsuluna "Qüdsdən get" dedi - QARŞILIQLI GƏRGİNLİK VAR
İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qüdsdəki baş konsulu Hüsnü Gürcandan ölkəni tərk etməsini tələb edib. APA TV-nin xəbərinə görə, bu barədə “Jerusalem Post”a İsrail XİN-in nümayəndəsi bildirib.
“XİN baş konsula məsləhətləşmələr üçün müəyyən müddətə Türkiyəyə qayıtmağı təklif edib”, - deyə diplomat bildirib.
Bundan əvvəl isə Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı məsləhət görüb. Səfirə Qəzzada baş verən hadisələrlə bağlı Türkiyənin etirazı çatdırılıb.
Qeyd edək ki, Qəzzada hökm sürən gərginliklə əlaqədar Türkiyənin İsraildəki səfiri Kemal Ökem də məsləhətləşmələr üçün Ankaraya çağırılıb. K.Ökem bu gün təyyarə ilə Ankaraya gəlib.
Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi ötən gün Tel-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 60-dan çox fələstinli ölüb, 3 minə yaxın insan isə yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA