Siyəzəndə minik maşını "KamAZ"a çırpıldı - SƏRNİŞİN ÖLDÜ
Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun 113-cü kilometrliyində qeydə alınıb.
10 UP 723 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili ilə 50 BH 360 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan bir sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə ağır xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət və diqqətsizlik səbəb kimi göstərilir.
OXŞAR XƏBƏRLƏR
14:47
1389
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3624
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3603
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2881
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1348
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1296