Ərdoğan: "Tramp səhv edir, İsrail bölgədə müharibə təhlükəsi yaradır"

"Donald Trampın ABŞ səfirliyini Qüdsə köçürməsi böyük bir səhvdir".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-yə müsahibəsində bildirib.

 

Regiondakı vəziyyətə toxunan Ərdoğan vurğulayıb ki, İsrailin Suriyaya qarşı yersiz hücum taktikası Yaxın Şərq üçün müharibə təhlükəsi yaradır.

 

Türkiyə prezidenti Qüdsün İsrailin paytaxtı olaraq tanınmasını tənqid edərək, bu addım nəticəsində ABŞ-ın regiondakı müttəfiqlərini itirmək təhlükəsi ilə üzləşəcəyinə diqqət çəkib.

 

Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin Fələstindəki səfirliyinin yalnız Qüds bu ölkənin paytaxtı olduğunda açılacağını deyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR