İranda Xomeyninin qəbrini partlatmaq istəyən 8 İŞİD-çiyə hökm oxundu
İranda İŞİD terror təşkilatının üzvü olan 8 nəfərə ölüm hökmü verilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar ötən il İran parlamentinə və Ayətullah Xomeyninin qəbrinə edilən terror hücumuna görə ittiham olunub.
İran dövlət televiziyasına danışan Tehran İnqilab Məhkəmələri sədri Qəzənfər Abadi həmin şəxslərin İŞİD üzvü olduğunu və onlara ölüm hökmü verildiyini bildirib. Abadi, müttəhimlərin 20 gün ərzində qərara etiraz edə biləcəklərini deyib. Digər 18 nəfərin isə hələ mühakimə olunduğu qeyd olunub.
Xatırladaq ki, 7 iyun 2017-ci ildə Tehranda parlamentə və Xomeyninin qəbrinə eyni vaxtda hücum olub. Bomba və digər silahlarla edilən hücum zamanı 17 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR
14:47
1386
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3621
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3600
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2881
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1348
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1296