Rusiya Suriyaya "S-300" satmaqdan imtina etdi - SƏBƏB
Rusiya Suriyaya "S-300" zenit-raket kompleksləri verməyəcək.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin hərbi işlər üzrə köməkçisi Vladimir Kozin açıqlama verib.
Suriya ordusunun lazımi bütün təchizatlarla təmin edildiyini bildirən V.Kozin hələlik yeni və müasir müdafiə sistemlərinin verilməsi kimi bir məsələnin gündəmdə olmadığını qeyd edib.
Yerli mətbuat orqanları isə rəsmi Moskvanın "S-300"-lərin verilməsi qərarından imtina etməsinin səbəbini İsrailin baş naziri Benyamin Netanyahunun bu həftə Moskvaya etdiyi səfərlə əlaqələndirir. Bildirilir ki, İsrail tərəfi İranın "Hizbullah"a göndərəcəyi silah-sursatı məhv etmək üçün Suriyada "S-300"-lərin yerləşdirilməsini istəmir.
Bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin hücumlarından sonra Rusiyanın Suriyaya silah satışında heç bir məhdudiyyəti qalmadığını qeyd etmişdi.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA