Qubada mal-qara və kabel oğruları tutuldu
Qubada mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, bunlar Quba rayon sakini Amil Əmirov və Bakı şəhər sakini Asif Vəliyevdir.
Hər iki şəxs əvvəlcədən əlbir olaraq Qubanın Səbətlər və Amsar kəndlərindən 8 baş xırda, 1 baş iri və 1 baş at oğurlayaraq satıblar. Saxlanılan hər iki şəxs cinayətlərini etiraf edib. Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirakının olub-olmaması araşıdırılır.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sabir Orucov, Taleh Abıyev, Qalib Əlibəyov və əvvəllər məhkum olunmuş Zöhrab Həsənov olduqları məlum olub. Dəstə üzvlərinin cari ilin əvvəlindən ayrı-ayrı vaxtlarda rayon ərazisində tikilməkdə olan 4 evdən ümumilikdə 3430 metr elektrik naqilləri oğurlamaqla ev sahiblərinə 1385 manat maddi ziyan vurduqları, həmin naqilləri yandıraraq əlvan metal qəbulu məntəqəsinə satıb pulu aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA