Tiflis polisi xüsusi əməliyyatla 8 narkotik alverçisini tutdu - ÖLÜM NARKOTİKİ YAYIRMIŞLAR

Gürcüstanın paytaxtı Tiflisdə “Bassiani” və “Cafe Gallery” gecə klublarında hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində 8 narkotik alverçisi saxlanılıb. APA TV-nin “İberiya” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in mətbuat xidmətindən bildirilib.

“Daxili İşlər Nazirliyi üç ay ərzində “Bassiani” və “Cafe Gallery” klublarında narkotik vasitələrin satışına dair faktları müəyyən etmək üçün intensiv əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirib”, - məlumatda belə qeyd olunur.

Hər iki gecə klubunun qarşısında asayiş keşikçiləri və polisin hərəkətlərinə etiraz edənlər arasında toqquşmalar baş verib. Polis əməkdaşlarına qarşı itaətsizlik və müqavimət göstərən bir neçə nəfər inzibati qaydada saxlanılıb. Hazırda həmin gecə klublarında zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir həftə ərzində Tiflisdə naməlum narkotik vasitə 5 nəfərin həyatına son qoyub. Gecə klubunda narkotik vasitə qəbul edib evə qayıdan gənclərin yuxuda olarkən öldüyü bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR