Putin Paşinyanla görüşəcək - VAXT VƏ YER MƏLUM OLDU
"Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Soçidə görüşəcək".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
O qeyd edib ki, Putinlə Paşinyanın görüşü Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində baş tutacaq.
Bundan əlavə, Qırğızıstan, Belarus və Qazaxıstan prezidentləri ilə də görüşü nəzərdə tutulub.
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı 1 yanvar 2015-ci ildən fəaliyyət göstərir və qurumun tərkibinə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
OXŞAR XƏBƏRLƏR
14:47
1460
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3694
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3672
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2888
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1356
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1305