Məşhur alim evtanaziya ilə həyatına son qoydu
"Daha yaşamaq istəmirəm, həyatımı bitirmək şansım olduğu üçün çox xoşbəxtəm". APA TV-nin məlumatına görə, bu sözləri Avstraliyanın 104 yaşlı alimi Devid Quddel deyib.
O, İsveçrədə evtanaziya vasitəsilə həyatına son qoyub. Ölümündən qabaq isə jurnalistləri toplayaraq bu barədə konfrans keçirib: "Hər bir insanın ölüm seçimi azad olmalıdır. Mən bütün fiziki bacarıqlarımı 1-2 il qabaq itirmişəm, 6 ildir ki, gözlərim görmür. Həyatıma son qoya bilmək şansım olduğu üçün özümü xoşbəxt hesab edirəm".
Qeyd edək ki, Avstraliyada evtanaziya ölümcül xəstəlik halı istisna edilməklə, qadağan olunub. Devid Qudellin ölümü ilə əlaqədar könüllülər İsveçrəyə gedərək alimin evtanaziya etdirməsi üçün 15 min ABŞ dolları toplayıb.
Devid Quddel uzun illər ekologiya və botanika sahəsində çalışıb. O, yüzdən çox elmi məqalənin müəllifidir. Həmçinin Avstraliyada evtanaziyanın qanuniləşdirilməsi üçün fəal şəkildə mübarizə aparanlardan olub.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA