Putin zirvəni uduzdu, Ərdoğan 48-cidir - DÜNYANIN ƏN GÜCLÜ LİDERLƏRİNİN SİYAHISI
"Forbes" jurnalı dünyanın ən güclü insanlarının siyahısını açıqlayıb.
APA TV-nin məlumatına görə, dünyanın tanınmış iqtisadiyyat jurnalının siyahısında birinci yerin sahibi dörd ildən sonra dəyişib.
Artıq dünyanın ən güclü insanı Rusiya prezidenti Vladimir Putin yox, Çin lideri Si Tszinpindir. İkinci yerdə Putin qərarlaşıb. ABŞ prezidenti Donald Tramp üçüncü sırada özünə yer edib. Trampın arxasınca Almaniya kansleri Angela Merkel gəlir. Beşinci güclü dünyanın ən zəngin adamı, texnologiya nəhəngi "Amazon"un rəhbəri Cef Bezosdur.
Roma Papası Fransisk altıncı yerin sahibi olub. Papadan sonra müvafiq olaraq milyarder Bil Geyts, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman, Hindistanın baş naziri Narendra Modi gəlir. Onluğu "Google"un qurucusu Larry Page tamamlayır.
Şimali Koreya rəhbəri Kim Çen In 36-cıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 48-ci sırada yer alır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA