Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.
Mərasimdə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
14:47
1498
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3730
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3708
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2892
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1360
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1309