İsrail ordusu Suriyaya girdi - İRANLA MÜHARİBƏ BAŞLADI
İsrail aviasiyası Suriya ordusunun Qolan yüksəkliyindəki mövqelərini atəşə tutub.
APA TV-nin "Əl-Mayədin" telekanalına istinadən məlumatına görə,
bundan əvvəl İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub.
İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
İsrailin cavab zərbəsi nəticəsində isə Suriyaya məxsus radiolokasiya stansiyası (RLS) dağıdılıb.
Bundan sonra İsrail hərbçiləri Suriyanın cənub əyalətlərinə doğru hərəkətə keçib.
Kuneytra əyalətində Baas və Xadar bölgələrinə tanklar yeridilib.
Suriya ordusunun ciddi müqavimətindən sonra İsrailin hərbi təyyarələri bölgə üzərində uçuşlara başlayıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA