Daşkəsəndə 43 yaşlı qadın 6 aylıq körpəsinə və özünə od vurdu - MÜƏMMALI İNTİHAR
Daşkəsəndə ölüm hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.
Kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Həsənov Əli İlqar oğlunun yanmış meyitləri yaşadıqları evdə aşkarlanıb.
Məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin intihar olduğu ehtimal edilir. İlkin araşdırma zamanı rayonun Qabaqtəpə kənd sakini 1975-ci il təvəllüdlü Lətifə Həsənovanın intihar məqsədi ilə otağı yandırdığı və 6 aylıq körpəsi ilə birlikdə öldüyü məlum olub.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:47
1498
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3730
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3708
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2892
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1360
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1309