Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət aldı
Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayon ərazisində aparılan əməliyyat tədbiri zamanı baş verib.
Polis əməkdaşları qanunsuz odun daşıyan yük avtomobilini saxlamaq məqsədi ilə tədbir həyata keçiriblər. Maşında olan şəxslər avtomobilə daxil olan Qovlar Polis Bölməsinin əməkdaşı, 1986-cı il təvəllüdlü Həsənov Namin Mehman oğlunu yerə itələyiblər. Müxtəlif bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:47
1498
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3730
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3708
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2892
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1360
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1309