Ruhanidən Trampa sonuncu xəbərdarlıq: "Razılaşmadan çıxsan..."
Həsən Ruhani Donald Trampa sonuncu dəfə xəbərdarlıq edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İran prezidenti ABŞ-ın nüvə razılaşmasından çıxacağı təqdirdə tarixi bir peşmanlıq yaşayacağını bildirib.
Dünya ölkələri ilə uzunmüddətli, normal əlaqələr qurmaq istədiklərini bildirən H.Ruhani cəmi 2-3 ay ərzində ölkəsinin bəzi problemlərlə üzləşə biləcəyini bildirib.
"Sanksiyaların təsirində qalmamalıyıq, öz ayaqlarımız üzərində durmalıyıq" deyə, açıqlama verən Ruhani nüvə razılaşması ləğv olunarsa, hər iki ölkənin bundan ciddi itkilərlə çıxacağını bildirib.
Qeyd edək ki, Donald Tramp bu gün İranla imzalanan nüvə razılaşması barədə qərarını açıqlayacaq.
OXŞAR XƏBƏRLƏR
14:47
1534
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3760
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3739
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2894
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1362
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1311