Azneft dairəsində "London Taxi" avtomobili qəzaya uğrayıb
Bakının Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza Neftçilər prospektində, Azneft dairəsində qeydə alınıb və "Toyota" markalı avtomobillə "Geely" markalı taksi avtomobili toqquşub.
Bildirilir ki, nəqliyyat vasitələrinin hər ikisi eyni istiqamətdə hərəkət edirmiş. Dairəyə yaxınlaşdıqda ara məsafəsini gözləməyən "Toyota"nın sürücüsü qəza törədib və onun avtomobili qarşıdakı "London Taxi" avtomobilinə çırpılıb. Hadisəyə səbəb kimi isə taksi sürücüsünün qəfildən əyləci sıxması göstərilir.
Qəza nəticəsində xəsarət alan olmayıb. Təfərrüatlar polis tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:47
1561
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3785
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3767
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2897
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1364
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1313