Tarlaya gedən traktor aşdı, 6 qadın suda boğuldu - SABİRABADDA DƏHŞƏT
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərə görə, Şəhriyar kəndində traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər boğularaq ölüb.
Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.
Ölənlər - 1979-cu il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, onun əkiz qızları - 2000-ci il təvəllüdlü Bağırova Fatimə Teymur qızı və Bağırova Zəhra Teymur qızı, onların qohumları, 1966-cı il təvəllüdlü İmanova Məlahət Mehbalı qızı, 1989-cu il təvəllüdlü Qasımova Xəyalə Əbülhəsən qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
10:43
80
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1565
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3786
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3767
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2897
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1364