Neftin qiymətləri rekord yenilədi
ABŞ-ın İranın nüvə proqramına dair razılaşmadan çıxmaq ehtimalı artıqca neftin qiyməti yüksəlir.
APA TV-nin məlumatına görə, əgər ehtimallar özünü doğrultsa, İrana neft satışına qadağa qoyan sanksiyaların bərpası dünya bazarında nisbi yanacaq qıtlığı yarada bilər. Bu səbəbdən birjalarda neftə tələbat durmadan artır.
Bu gün birjalarda keçirilən ilk ticarət sessiyalarında "Brent" markalı neftin qiyməti illik rekordu yeniləyib. İlk seanslarda bu markadan olan neft 75,82 dollardan satılıb. Bu il ilk dəfə Qərbi Texas neftinin qiymətində də rekord müəyyənləşib. İlk dəfə olaraq WTI nefti 70,64 dollardan satılıb.
Bu gün dünyanın aparıcı iqtisadi agentliklərinin neft ekspertləri arasında qiymətlərə dair keçirilən sorğunun nəticələri açıqlanacaq. Bu nəticələr ABŞ-ın neft ehtiyatlarının həcminə dair qeyri-rəsmi və rəsmi hesabatlar ərəfəsində birjalara təsir göstərən əsas amil hesab olunur.
OXŞAR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi