Cibgir: ""Allah təvəkkül"deyib, pulu oğurladım..."
Nizami rayon Polis İdarədinin post-patrul xidmətinin əməkdaşları ictimai nəqliyyat vasitələrində sərnişinlərin qənimi kəsilən Mehdi Cananovu yaxalayıblar. O, 15 saylı avtobusda Fərhad Bəşirovun cibindən 42 manat oğurlayıb, avtobustan düşəndə zərəçəkən bunun hiss edib. Arada yaranan mübahisə nəticəsində post patrul xidmətinin əməkdaşları hadisə yerinə yaxınlaşıblar. Zərərcəkənin göstərdiyi məbləğ Mehdi Cananovun cibindən çıxıb.
Mehdi Cananov deyib ki, avtobusda oğurluq edərkən tutulub: "Sadəcə "Allah təvəkkül" deyib, getdim. Amma belə alındı. İçkili idim..."
APA TV-nin xəbərinə görə, bu, Cananovun 3-cü məhkumluğudur. Eyni əmələ görə əvvəllər məhkum olunan şəxs həbsxanadan yenicə çıxıb.
OXŞAR XƏBƏRLƏR
15:19
582
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
570
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1270
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1141
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1136
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
431