Avtomobil qaçıranlar tutuldu - QAXDA ƏMƏLİYYAT
Qaxda avtomobil qaçıran şəxslər həbs edilib. APA TV-nin məlumatına görə, Qax rayonunun Əlibəyli kənd sakini, 42 yaşlı Alik Xəlilov Qax Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus “VAZ 2107” markalı minik avtomobilinin oğurlanması barədə məlumat verib.
Qax RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində A.Xəlilova məxsus avtomobili rayonun Qaxbaş kənd sakinləri, 30 yaşlı İmeda Qamxaraşvili və əvvəllər məhkum olmuş 27 yaşlı Səbuhi Məmmədovun oğurlamaları məlum olub. Keçirilmiş tədbirlər nəticəsində hər iki şəxs tutulub, oğurladıqları avtomobil maddi sübut kimi götürülüb.
Faktla bağlı Qax RPŞ-də istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
10:46
227
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
280
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1618
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3791
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3772
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2901