ABŞ bir daha dilə gəldi: "Türkiyənin S-400 almasından çox narahatıq"
ABŞ administrasiyası Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair Türkiyənin qərarından narahatlığını ifadə etməkdə davam edir. APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.
“Biz Türkiyənin Rusiyadan “S-400”-ləri mümkün tədarükündən ciddi narahatıq. NATO üzvü olan Türkiyə Alyansla bağlanan razılaşmalara müvafiq olaraq, yalnız NATO-dakı tərəfdaşlarına uyğun gələn silah əldə etməlidir. Biz burada uyğunluq olduğunu hesab etmirik”, - deyə Hizer Nauert bildirib.
Bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın “S-400”-lərə dair qərarından narahatlığını bildirib.
OXŞAR XƏBƏRLƏR
10:46
227
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
281
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1618
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3791
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3772
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
2901