İrəvanda banka silahlı hücum: ölən var - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
İrəvanda banka silahlı hücum olub. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, HSBC bankının filialına hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Cinayətkar iki gözətçini güllələyib. Daha sonra zorla xeyli pulu ələ keçirib. Hadisə yerinə gələn polislər onu zərərsizləşdirmək üçün odlu silahdan istifadə edib, lakin həmin şəxs cavab atəşi açıb. Bu zaman asayiş keşikçilərindən biri yaralanıb.
Hadisə yerinə əlavə qüvvələrin cəlb olunması ilə silahlı şəxs ələ keçirilib.
Tüfəngdən başqa ondan qumbara və bıçaq götürülüb.
Polisdən bildiriblər ki, hadisəni törədən şəxs Dövlət Yol Polisinin video müşahidə mərkəzinin direktoru, polis polkovniki Daniel Danielyandır.
OXŞAR XƏBƏRLƏR
13:58
109
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
268
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
350
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1641
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3794
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3775