Naira Zoqrabyan: "Paşinyan baş nazir olacaq!"
"Tsarukyan" blokundakı 31 deputatdan 27-si Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləyib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu sözü gedən blokun deputatı Naira Zoqrabyan bildirib.
Əlavə edib ki, bu faktor səsvermədə Nikol Paşinyana səslərin 2/3 hissəsini toplamağa imkan verəcək.
N. Zoqrabyan qeyd edib ki, Respublika partiyasından olan deputatların mayın 2-də verdiyi bəyanat partiyanın N. Paşinyanın namizədliyini dəstəkləyəcəyini deməyə əsas verir.
Deputat həmçinin növbəti səsvermədə ölkənin yeni baş nazirinin adına aydınlıq gələcəyinə ümidvar olduğunu da söyləyib.
Bu arada Daşnaksutyun partiyasının üzvü Aqvan Vardanyan deputat mandatından imtina edib. O bu addımı Nikol Paşinyanın namizədliyi ilə bağlı partiyadaxili fikir ayrılıqları ilə əsaslandırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi