Heydər Əliyevin 95 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
APA TV-nin məlumatına görə, tədbir Konstitusiya Məhkəməsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda çıxış edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə deyib ki, Heydər Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarını təmin etmək və rifahını yaxşılaşdırmaq imkanları verilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın ənənəvi xarakter daşıdığını, hər il təşkil olunduğunu bildirib. O, Azərbaycanın bu gün öz inkişaf dövrünü yaşadığını diqqətə çatdırıb.
Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışan Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə insan haqlarının qorunması istiqamətində daim qanunlar qəbul edildiyini, bu prosesin gələcəkdə də davam etdiriləcəyini söyləyib. O, Azərbaycanın insan hüquqlarının qorunması sahəsində nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb.
Tədbir çıxışlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi