Ermənistanda daha bir nazir istefa verdi - HAKİM PARTİYADAN PAŞİNYANA MESAJ
"Respublika Partiyası deputatlardan 1/3-nin irəli sürdüyü namizədi dəstəkləyəcək. Lakin partiya yenidən baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək".
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu partiyanın fraksiya rəhbəri Vaqram Baqdasaryan deyib.
O, eyni zamanda Nikol Paşinyanın namizəd kimi bir sıra suallara cavab verdiyini desə də, vacib məsələlər üzrə mövqeyini hələ açıqlamadığını söyləyib.
Fraksiya rəhbəri həmçinin etirazçıları blokadada olan yol və prospektləri boşaltmağa da çağırıb.
Bu arada Ermənistanın mədəniyyət naziri əvəzi Armen Amiryan istefa verib. Nazir əvəzi qərarını etirazçı kütlənin tələbi ilə əsaslandırıb.
Xatırladaq ki, Ermənistan parlamenti baş nazirin seçilməsi məsələsinə mayın 8-də keçirəcəyi xüsusi iclasda baxacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi