ABŞ İranı cərimələdi - 1 MİLYARD TƏLƏB EDİR
ABŞ Məhkəməsi İranın 11 sentyabr 2001-ci il terrorunun qurbanlarına kompensasiya ödəməsinə qərar verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qərarda İnqilab Keşikçiləri Korpusu və Mərkəzi Bank 1008 nəfərin ölümündə təqsirli bilinib.
Məhkəmə rəsmi Tehranı həlak olanların həyat yoldaşlarının hərəsinə 12,5 milyon, valideynləri və övladlarına 8,5, qardaş və bacılarına isə ayrı-ayrılıqda 4,25 milyon dollar kompensasiya ödəməyə məhkum edib.
Qərar terror hadisəsi qurbanlarının 2004-cü ildə verdiyi şikayə əsasında çıxarılıb.
Ekspertlər rəsmi Tehranın bu məbləği ödəməyəcəyini təxmin etsələr də, vəsaitin İranın ABŞ-dakı aktivləri hesabına maliyyələşdiriləcəyini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
13:58
183
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
298
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
399
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1644
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3796
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3778