Kürdəmirdə dəhşətli qəza: 2 ölü, 5 yaralı
Kürdəmirdə 2 nəfərin ölümü, 5 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Mercedes" markalı iki minik maşını toqquşub.
Nəticədə Zərdab rayon sakini, 1943-cü il təvəllüdlü Xəlil Səbili oğlu İsmayılov hadisə yerində ölüb. Kürdəmir rayon sakinləri - Sənan Aloğlan oğlu Həsənov, Mənsimə Qulam qızı Həsənova, Ofeliya Pənah qızı Həsənova, Zərdab rayon sakinləri - 11 yaşlı Xəlil Saleh oğlu İsmayılov, 68 yaşlı Əsmər Hacıkişi qızı İsmayılova və 57 yaşlı Ağaveys Ağali oğlu Yusifov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, Kürdəmir rayon sakini, 1951-ci il təvəllüdlü Mənsimə Həsənova xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi